İtaliya Avropa İttifaqında öz deputatlarına hamıdan çox əmək haqqı verir.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, müqayisəni sadələşdirməkdən ötrü aşağı palata deputatlarının baza əmək haqqını götürmək kifayətdir.
Bu zaman əlavə bonuslar və güzəştlər nəzərə alınmayıb.
Avropanın 3 ölkəsində deputatlar ildə 100 min avrodan çox əmək haqqı alır.
Ən çox əmək haqqı alan isə İtaliya deputatlarıdır. Onların illik əmək haqqı 125220 avrodur.
Ardınca 121608 avro olə Avstriya gəlir.
Üçüncü sırada 108984 avro ilə Almaniyadır.
Rumıniya və Bolqarıstanda deputatlar ildə 20 min avrodan az alırlar.
Hökumət başçılarına gəldikdə, bununla bağlı Avropa İttifaqının 28 ölkəsindən yalnız 20-dən rəqəmlər əldə olunub.
Məlum olub ki, Almaniyanın kansleri Angela Merkel ildə həmkarlarından daha çox – 325955 avro əmək haqqın alır.
İtaliyanın baş naziri 114797 avro ilə bu siyahıda yalnız 10-cudur.
Modern.az