Modern.az

Azərbaycanda klub prezidenti həbs olundu

Azərbaycanda klub prezidenti həbs olundu

Aktual

9 Yanvar 2017, 10:53

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Şərurspor"un prezidenti Sərdar Bağırov saxlanılıb. 

Modern.az  “Futbol+” qəzetinə istinadən xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə yaxın günlərdə azadlığa buraxıla bilər.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?