Modern.az

Türkiyədə parlament sədrinin vəziyyəti ağırlaşıb

Türkiyədə parlament sədrinin vəziyyəti ağırlaşıb

Aktual

9 Yanvar 2017, 12:59

Keçdiyimiz günlərdə ürək əməliyyatı olan və Ankara Güvən Xəstəxanasında müalicə görən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmail Kahramanın vəziyyəti dünən yenidən pisləşib və ciddi nəzarət altına alınıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistan səfəri zamanı içdiyi sudan sonra xəstələnən və verilən dərmanlara baxmayaraq, narahatlığı daha da artan İsmail Kahraman Güvən Xəstəxanasında əməliyyat edilmişdi.

 

Əməliyyat sonrası Türkiyə Böyük Millət Məclisinin sədrliyindən verilən açıqlamada deyilirdi: "Cənab İsmail Kahraman aparılan tibbi qiymətləndirmələr nəticəsində infeksion xəstəliyi diaqnozu qoyularaq, gələcək tədqiq və müalicəsinə davam olunmaq üçün xəstəxanaya yatırılıb”.

 

“Sözçü” qəzetindən Sayğı Öztürkün xəbərinə görə, narahatlığı keçməyən İsmail Kahraman yenidən intensiv nəzarət xidmətinə alınıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?