Modern.az

Azərbaycan İslam hərbi koalisiyasına qoşulur? - Rəsmi CAVAB

Azərbaycan İslam hərbi koalisiyasına qoşulur? - Rəsmi CAVAB

9 Yanvar 2017, 14:27

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a deyib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.

“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?