Modern.az

Qənirə Ataşovanın vəkili Mirşahini təkzib etdi-FOTO

Qənirə Ataşovanın vəkili Mirşahini təkzib etdi-FOTO

Aktual

9 Yanvar 2017, 15:19

Tanınmış telejurnalist Qənirə Ataşovanın vəkili Elçin Sadıqov müvəkkili ilə bağlı növbəti açıqlama verib. Modern.az xəbər verir ki, vəkil Baş Prokurorluğa ünvanladığı sorğuya aldığı cavabı belə şərh edib:

 

“Mənim şou ilə aram yoxdur. Həmin cinayət işinin olmasını təsdiq edən məktubun şəklini əlavə edirəm. Bizə lazımdır ki, həmin cinayət işi ilə əlaqədar Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyət götürülsün. Ortalıqda bu boyda məktub, cinayət işinin nömrəsi var indi inkar etməyə çalışırlar”.

 

Qeyd edək ki, fəaliyyəti dayandırılan ANS televiziyasının əməkdaşı Qənirə Ataşova xaricə gedərkən hava limanından geri qaytarılıb.

 

Vəkili Elçin Sadıqov yaydığı məlumata görə, ANS TV  ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb. Ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

 

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub. 

 

Xatırladaq ki, Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

 

Fəaliyyəti dayandırılan ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı danışarkən ANS-lə bağlı yayılan informasiyalarda yanlışlıq olduğunu deyib: "Bu barədə Baş Prokurorluğa məlumat vermişik".

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?