Suriya prezidenti Bəşər Əsəd yanvarın sonunda Qazaxıstanın paytaxtı Astanada sülh konfransında iştirak edəcəyini təsdiqləyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Əsəd yerli agentliklərə müsahibəsində atası kimi ömürlük prezident qalmaq istəmədiyini də deyib.
“Əsas odur ki, qarşı tərəfdə real Suriya müxalifəti olsun. Onlarla bütün məsələləri müzakirə etməyə hazıram. Əgər prezidentlik müddəti müxalifəti narazı salırsa, onda konstitusiya dəyişikliyinə getmək olar. Atama kimi ömürlük prezident olmaq fikrində deyiləm”.
Astanada Suriya üzrə beynəlxalq konfrasın keçirilməsi Putin və Nazarbayev arasında əldə olunmuş razılıq əsasında həyata keçiriləcək.
Vüqar İSMAYILOV