Modern.az

Kılıçdaroğlunun qardaşı AKP-yə üzv oldu - FOTO 

Kılıçdaroğlunun qardaşı AKP-yə üzv oldu - FOTO 

Aktual

9 Yanvar 2017, 15:59

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu hakim Ədalət və İnkişaf Partiyasına(AKP) üzv olub.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Cəlal Kılıçdaroğlu buna görə AKP-nin qərargahına gedib.

 

O, jurnalistlərə açıqlamasında deyib ki, bu addımını Kamal Kılıçdaroğlu ilə müzakirə etməyəcək.

 

O, həmçinin ötən ilin 15 iyulunda baş verənləri əsl çevriliş cəhdi kimi qiymətləndirib. O bildirib ki, bununla bağlı CHP lideri olan qardaşına da danışıb.

 

“FETÖ ilə bağlı mən Kamal Kılıçdaroğluna xəbərdarlıq etdim. O isə, “sən bu işə qarışma” dedi. Lakin müşaviri FETÖ-cü çıxdı, onu tutdular. Bundan sonra mənə haqq verdi”-deyə o bildirib.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?