Yanvarın 9-da akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 3 ixtisas üzrə (neft kimyası; kimya texnologiyası və mühəndisliyi; qaz emalı proseslərinin kimyası və texnologiyası) doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutdan Modern.az-a verilən məlumata görə, imtahanda doktoranturaya ayrılmış 3 yerə sənəd verən 4 nəfər iştirak edib. İmtahanın nəticəsinə əsasən iştirakçıların hamısı növbəti mərhələyə keçib.
Bu gün Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda magistratura pilləsi üzrə ixtisas fənlərindən qış imtahan sessiyası da keçirilib.
I kurs magistrləri Neft-kimyasında müasir fiziki tədqiqat metodları fənindən imtahan veriblər.
Modern.az