Tanınmış bloqqer Mehman Hüseynov saxlınılıb. Bu haqda Modern.az-a onun vəkil Elçin Sadıqov məlumat verib.
O deyib ki, Mehman Hüseynov 22-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub:
“Nəsimi Polis İdarəsindən dedilər ki, Mehmanı indi Nəsimi Rayon Məhkəməsinə aparıblar”.
Qeyd edək ki, bloqqqerin yaxınlarının verdiyi məlumata görə, o, yanvarın 9-dan etibarən yoxa çıxıb.
***
Mehman Hüseynov hal-hazırda Nəsimi rayon Məhkəməsindədir. İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) saxlanılıb.
İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov baxacaq.
Gülşən RAUFQIZI