Modern.az

Avronest Parlament Assambleyasının iclası nə vaxt keçiriləcək?

Avronest Parlament Assambleyasının iclası nə vaxt keçiriləcək?

Aktual

10 Yanvar 2017, 15:45

“Avronest Parlament Assambleyasının növbəti iclasının vaxtı hələ ki, bəlli deyil. Adətən ildə iki dəfə - yazda və payızda keçirilir. Yaz sessiyasının vaxtı açıqlanmayıb. Çox güman ki, Avronest Parlament Assambleyasının iclası Brüsseldə keçiriləcək”.

Bunu Modern.az-a açıqlamasında Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, iclasın gündəliyi də hələ ki, bəlli deyil.

“Bir müddət əvvəl Azərbaycan nümayəndə heyəti bu qurumdakı fəaliyyətini dayandırmışdı. Lakin sonradan fəaliyyət bərpa olundu. Onu deyə bilərəm ki, artıq Assambleyanın komitələri işə başlayıb. İclasa hazırlıqlar gedir. Amma vaxtı məlum deyil”

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?