Fransanın İnkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen Azərbaycana gəlib. Modern.az saytı xəbər verir ki, yanvarın 10-11-də ölkəmizdə səfərdə olacaq dövlət katibinin Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulur.
Eyni zamanda Jan Mari Le Quen 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək.
Modern.az