Modern.az

Magistral qaz kəmərindəki yanğında xəsarət alan olmayıb – RƏSMİ

Magistral qaz kəmərindəki yanğında xəsarət alan olmayıb – RƏSMİ

Aktual

10 Yanvar 2017, 23:29

SOCAR Səngəçalda baş verən yanğınla bağlı məlumat yayıb. Modern.az saytı xəbər verir ki, məlumata görə, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?