Əfqanıstanın Qəndəhar şəhərində ötən gün törədilən terror aktı zamanı azı 5 diplomat həlak olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qəndəhar qubernatorunun qonaq evində baş verib. Qubernator Qamyun Əziz Birləşmiş Ərəb Əmirliklərinin səfirini qəbul edən zaman güclü partlayış baş verib.
Hadisə zamanı səfirliyin 5 diplomatı həlak olub, səfir və qubernator isə ağır xəsarətlər alıb.
Vüqar İSMAYILOV