Modern.az

İlham Əliyev Naxçıvanda təməlqoyma və açılış mərasimlərinə qatılıb - YENİLƏNİB

İlham Əliyev Naxçıvanda təməlqoyma və açılış mərasimlərinə qatılıb - YENİLƏNİB

11 Yanvar 2017, 13:27

Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.

 Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.

Prezident yeni stansiyanın təməlini qoyub.

Sonda xatirə şəkli çəkdirilib.

 
***

Yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxıb.

Sonra dövlət başçısı Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?