ABŞ-ın Respublikaçılar və Demokratlar partiyaları Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın neft-qaz və maliyyə sektoruna qarşı daha sərt məhdudiyyətlər nəzərdə tutulur.
Yeni sanksiyalar 10 senator, o cümlədən Con Makkeyn və Marko Rubio tərəfdindən təklif olunub. Senatorlar Rusiyanın Demokratlar partiyasının qəraragahına kiberhücumnu, Bəşər Əsəd rejimini dəstəkləməsini və Ukraynada stabilliyi pozmasının əsas səbəblər kimi göstəriblər.
Vüqar İSMAYILOV