Modern.az

Nazirlik pensiyaların gecikmə səbəbləri HAQDA...

Nazirlik pensiyaların gecikmə səbəbləri HAQDA...

12 Yanvar 2017, 15:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvar ayı üçün pensiyaların gecikmə səbəblərinə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Elman Babayev Modern.az-a bildirib ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq:

“Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib”

O qeyd edib ki, cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur:

“Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil.
Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!