ABŞ-da – Baltimorda ananın və 9 uşağın olduğu ev yanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 8 yaşlı qız iki balaca qardaşını evdən çıxara bilib, ana da xilas olub.
Lakin 6 uşaqda evdə yanaraq ölüb.
Onlardan ən kiçiyi 9 aylıq, ən böyüyü 11 yaşında idi.
Hadisə yerinə gələn yanğınsöndürənlər içəridən qışqırıq səslərini eşitsələr də, nəinki kömək etmək, heç yanan binaya yaxın dura bilməyiblər.
Modern.az