Modern.az

Ermənistan MSŞT-yə üzv olmaq üçün müraciət edib  

Ermənistan MSŞT-yə üzv olmaq üçün müraciət edib   

14 Yanvar 2017, 00:31

Ermənistan höküməti MSŞT-yə üzv olmaq üçün rəsmi müraciət edib. Modern.az saytı xəbər verir ki, bu barədə EİTİ İdarə Heyətinin üzvü Qubad İbadoğlu məlumat verib.

Qubad İbadoğlunun sözlərinə görə, "Mədən sənayesində şəffaflıq təşəbbüsü" (MSŞT) Beynəlxalq İdarə Heyətinin daxili şəbəkəsində Ermənistanın bu təşkilatla üzvlük müraciəti yayılıb: “Müraciəti 28 dekabr 2016-cı ildə Ermənistan baş nazirinin aparatının rəhbəri, nazir Davit Harutyunyan imzalayıb. Müraciətdə qeyd olunur ki. Ermənistan MSŞT-nin prinsiplərini və dəyərlərin qəbul edir, üzvlüklə bağlı tələb olunan standartlara əməl edərək, maraq qruplarından ibarət Çoxtərəfli Qrup formalaşdırıb, 2017-2018-ci il üçün MSŞT Fəaliyyət Planını qəbul edib. Ermənistan Höküməti bütün bunları nəzərə alıb MSŞT Beynəlxalq İdarə Heyətindən onların üzvlük ərizəsinə baxılmasını xahiş edib”.

Q.İbadoğlunun sözlərinə görə, çox böyük ehtimalla Ermənistanın üzvlük üçün ərizəsi martın 8-9-da MSŞT beynəlxalq idarə heyətinin Boqotada keçiriləcək növbəti iclasında müzakirə olunacaq: “Üzvlüyün qarşısını almağa çalışacağıq, amma çətin olacaq. Ona görə də alternativ variantda cəhd edəcəyik ki, işğal etdiyi Azərbaycan ərazilərində mədən hasilatını MSŞT hesabatına daxil etməyəcəyi barədə öhdəliklər götürsün”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!