İstanbulun Zeytinburnu rayonu ərazisində 6 mərtəbəli bina çöküb. Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə zamanı 2 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib.
Qəzanın baş verməsinə gəlincə, bildirilib ki, 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb.
İstanbul valisi Vasip Şahin açıqlama verib. O deyib ki, bina qəzalı oldğundan 2015-ci ildə boşaldılıb və orada heç bir yaşayış olmayıb.
Modern.az