Modern.az

Ağstafada 4 otaqlı ev yandı

 Ağstafada 4 otaqlı ev yandı

14 Yanvar 2017, 17:22

Ağstafa rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində vətəndaşa məxsus ümumi sahəsi 165 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!