Modern.az

Rusiyalı velosipedçi  Azərbaycan vətəndaşı oldu

Rusiyalı velosipedçi  Azərbaycan vətəndaşı oldu

Aktual

14 Yanvar 2017, 18:42

“Synergy Baku” komandasında çıxış edən rusiyalı velosipedçi Kirill Pozdnyakov Azərbaycan vətəndaşlığını qəbul edib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Biz, tezliklə 2017-ci il mövsümü üçün tam heyətimizi elan edəcəyik, lakin bizim bir böyük xəbərimiz var: Kirill Pozdnyakov komandada qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edib", - deyə məlumatda bildirilir.

Pozdnyakovun 27 yaşı var. O, “Synergy Baku”da karyerasına 2013-cü ildə başlayıb, 2014-2015-ci illərdə "Rusvelo" komandasının şərəfini qoruyub. 2016-cı ildə Azərbaycan komandasına qayıdıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!