Modern.az

Azərbaycanlılar "O səs Türkiyə"yə belə vida etdi - VİDEO

Azərbaycanlılar "O səs Türkiyə"yə belə vida etdi - VİDEO

15 Yanvar 2017, 00:39

TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsinin ikinci tur mərhələsi davam edir. Modern.az saytı xəbər verir ki, musavat.com-un məlumatına görə, iştirakçıları qruplaşdıraraq öncə onlar arasından ikisini seçərək duelə çıxaran münsiflərdən Gökhan-Hakan qardaşları növbəti dəfə seçim edib.

 

Onların 6 nəfərlik qrupunda Gülpəri Evliyaoğlu, Zerrin Mahmudoğlu, Erdal Bayraqoğlu ilə yanaşı azərbaycanlı iştirakçılar İlham Nəzərov, Gülşən İbadova və Zülf Əsədzadə yer alıb.

Qardaşlar duelə çıxmaq üçün Erdal Bayraqoğlu ilə Gülpəri Evliyaoğlu seçib. Z. Mahmudoğlu ilə birlikdə 3 azərbaycanlı iştirakçı ikinc tura keçməyib.

 

Qeyd edək ki, müsabiqədən uzaqlaşdırılan azərbaycanlı iştirakçılar bir müddət öncə mətbuata açıqlama verərək onlara qarşı haqsızlıq və qərəz olduğunu bildirmişdi.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir