Modern.az

"SOCAR Georgia Petroleum"a yeni baş direktor təyin olunub

 "SOCAR Georgia Petroleum"a yeni baş direktor təyin olunub

16 Yanvar 2017, 17:00

Levan Giorqadze “SOCAR Georgia Petroleum” şirkətinin yeni baş direktoru təyin olunub. Bu barədə Trend “Caucasus Business Week” nəşrinə istinadən məlumat verir.

O bu vəzifədə David Zubitaşvilini əvəz edib.

Qeyd edək ki, "SOCAR Georgia Petroleum" Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti və Gürcüstanda benzin və dizel yanacağının ən iri idxalatçısıdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var