Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunları ilə bağlı geniş mətbuat konfransı keçirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı, o cümlədən atəşin dayandırılması üçün bir sıra qərarlar var. İşğal olunmuş torpaqların azad olunması məsələsi həmişə danışıqlar masasında olub. Amma sülh yolu və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə birlikdə. Rusiya 2016-cı ilin aprelində qan tökülməsinin qarşısını alan əsas tərəf olub”.
Bundan başqa, Sergey Lavrov Azərbaycan tərəfinin sorğusu ilə saxlanılan blogger Aleksandr Lapşinin məsələsini də diqqətdə saxladıqlarını və onunla konsulluq əlaqələrinin saxlanıldığını deyib.
Sergey Lavrovun mətbuat konfransında 160 yerli və 300 xarici jurnalist iştirak edib.
Vüqar İSMAYILOV