Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri tutulublar.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bunlar Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərovadır. Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.
Modern.az