Modern.az

Əli Əhmədov Türkiyə səfiri ilə görüşüb

Əli Əhmədov Türkiyə səfiri ilə görüşüb

18 Yanvar 2017, 15:21

Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Ə. Əhmədov Türkiyə və Azərbaycanın öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını xüsusi vurğulayaraq, bu münasibətlərin inkişafına yönəldilmiş ardıcıl və məqsədyönlü siyasətin hər iki ölkənin dövlət başçıları tərəfindən inkişaf etdirilməsi sayəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olunduğunu bildirib.


Səfir Erkan Özoral isə Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək xalqların əsrlər boyu dostluq, qardaşlıq münasibətlərində yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini söyləyib. O, Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla, sürətlə və mütəşəkkil qaydada irəliyə getməsi, xalqların daha da birləşməsi və sıx əməkdaşlıq etməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı