Modern.az

Paytaxtda 6 otaqlı evdə yanğın olub

Paytaxtda 6 otaqlı evdə yanğın olub

20 Yanvar 2017, 14:20

Xəzər rayonunda 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 m² olan ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 12 m² olan mətbəxinin yanar konstruksiyaları yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10.54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı