Modern.az

Bakıda çay evində qumarxana aşkarlandı – 2 nəfər tutuldu

Bakıda çay evində qumarxana aşkarlandı – 2 nəfər tutuldu

20 Yanvar 2017, 15:21

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki çay evlərindən birində “poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib.

Bu haqda Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı