Sürücünü ağladaraq videoya çəkən Baş Dövlət Yol Polisi əməkdaşı ilə bağlı araşdırma bitib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb. O, idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan sosial şəbəkələrdə yayılıb. Həmin videoda DYP əməkdaşı sürücünü dərisinə saman təpməklə hədələyib.
Modern.az