Modern.az

DİN-in mətbuat xidmətinə rəhbərlik Ehsan Zahidova tapşırılıb

DİN-in mətbuat xidmətinə rəhbərlik Ehsan Zahidova tapşırılıb

25 Yanvar 2017, 10:07

DİN-in mətbuat xidmətinə rəhbərlik müvəqqəti olaraq rəis müavini, polis polkovniki Ehsan Zahidova tapşırılıb.


E.Zahidov Modern.az-a deyib ki, mətbuat xidmətinin rəisi Sadiq Gözəlov son yaş həddini tamamlaması ilə əlaqədar təqaüdə göndərilib:

“Onun vəzifəsinin icrası da müvəqqəti olaraq mənə tapşırılıb. Amma heç bir yeni təyinat olmayıb”.

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU