Bodrum şəhərində yaşayan müğənni, keçmiş taksi sürücüsü Mehmet Asar tanınmış ingilis müğənnisi Adelin onun qızı olduğunu bəyan edib.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Mehmet Asar deyib ki, Adelin anası Peni Adkins 1987-ci ildə Bodruma istirahətə gələndə onunla tanış olub.
“Mən o vaxt taksi sürücüsü işləyirdim. Mən iki həftə Peni Adkinsi dostları ilə birgə Bodrumda və Pamukkaledə gəzdirmişəm . O zaman bir-birimizin xoşuna gəlmişdik və iki həftə boyunca bir yerdə yatmışıq. O, sonradan istirahət müddətini uzatdı və bir ay sonra İngiltərəyə qayıtdı. O, məni İngiltərəyə dəvət etdi, ancaq imtina etdim, çünki Bodrumdan getmək istəmirdim. Bundan sonra telefonla əlaqəmiz oldu. O vaxtlar beynəlxalq danışıq haqqı baha olduğundan əlqələrimiz kəsildi. Mənim Adelin anası ilə münasibətdə olduğum və Adelin doğulması vaxtı bir-biri ilə üst-üstə düşür. Mən Adelin atasıyam”, - Mehmet Asar iddia edir.
Modern.az