İraqın Mosul şəhərinin sakinlərindən biri oğluna ABŞ prezidenti Donald Trampın şərəfinə onun adını qoyub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, kürd peşmergələrinin hərbiləşdirilmiş dəstəsinin döyüşcüsü və 3 uşaq atası 25 yaşlı Hasab Cəmil ingilis dilində bir söz bilmir.
O, arvadına əvvəlcədən deyib ki, əgəroğlu doğularsa, ona Amerikanın yeni prezidentinin adını qoyacaq.
Gənc ailə başçısı vədinə əməl edib, noyabrın 23-də doğulan oğlana Tramp Hasan Cəmil adı qoyulub.
Atanın bu qərardan qürür duyduğu bildirilir.
“Ən çox xoşuma gələn odur ki, Donald Tramp özünə inamlı adamdır və uğurlu biznesmendir. O, lider oldu, çünki özünə inam var, o, prezident seçilməyə bilməzdi”, - Cəmil bəyan edib.
Modern.az