Modern.az

“Köçkün tələbələrin təhsilhaqqından azad edilməsi qüvvədə qalacaq”

“Köçkün tələbələrin təhsilhaqqından azad edilməsi qüvvədə qalacaq”

25 Yanvar 2017, 11:01

“Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olunan məcburi köçkün tələbələr əvvəlki qaydada təhsillərini davam etdirəcək”.  

 
APA-nın məlumatına görə, bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib. 

Ə.Həsənov deyib ki, ödənişli ixtisaslar üzrə təhsil alan məcburi köçkün tələbələrin ödənişdən azad edilməsi qüvvədə qalacaq:
“Bundan sonra da məcburi köçkün tələbələr dövlət ali məktəblərində təhsil aldıqları müddətdə ödənişdən azaddırlar. Bu güzəştin ləğvi nəzərdə tutulmayıb”.  
 
Dövlət Komitəsinin sədri məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınmasının da qüvvədə qalacağını açıqlayıb. 


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU