Modern.az

Meşə fondu torpaqlarının icarəyə verilmə müddəti uzadılır

Meşə fondu torpaqlarının icarəyə verilmə müddəti uzadılır

25 Yanvar 2017, 11:42

Meşə fondu torpaqlarının icarəyə verilməsi müddəti artırılıb.

Modern.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Meşə Məcəlləsinə ediləcək dəyişiklik müzakirə olunub.

Hazırkı müddəaya əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən 10 ilədək verilə bilər.

Dəyişikliyə əsasən isə 1 ildən 10 ilədək sözləri, 1 49 ilədək sözləri ilə əvəz edilir.

Komitə sədri Eldar İbrahimov bildirib ki, bu, torpaqların ancaq 49 ilə icarəyə veriləcəyi demək deyil.

“Bu, torpaq sahibi ilə icarəyə götürən şəxsin razılaşmasından asılıdır”.

Dəyişiklik Milli Məclisin iclasına tövsiyə olunub.

 

Mirmahmud Kazımoğlu 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU