Modern.az

Bakıda ev sahibi kirayənişinin qaldığı evi yandırıb

Bakıda ev sahibi kirayənişinin qaldığı evi yandırıb

25 Yanvar 2017, 21:27

Bakıda ev sahibi kirayənişinin qaldığı evi yandırıb. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda, "Nigar" şadlıq sarayının arxasındakı evlərdən birində qeydə alınıb.

Belə ki, ev sahibi həm evin içərisinə, həm də kirayənişin üzərinə benzin tökərək yandırıb.

Nəticədə 23 yaşlı kirayənişin Ramin İsmayılov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU