Modern.az

Köçkünlərlə bağlı "Repatriasiya haqqında" qanun layihəsi yendən işlənəcək

Köçkünlərlə bağlı "Repatriasiya haqqında" qanun layihəsi yendən işlənəcək

26 Yanvar 2017, 16:46

"Məcburi köçkünlərin doğma yurdlarına qayıtması ilə bağlı "Repatriasiya haqqında" qanun layihəsi üzərində bir daha işləməliyik".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu gün keçirilən komitə iclasında deyib. Hadı Rəcəbli deyib ki, layihənin hazırlanması üçün komitədə çoxlu materiallar var.

"Dünyanın bir çox ölkələrinin sənədlərini toplamışıq. Cocuq Mərcanlı ilə bağlı Prezidentin sərəncamı həmin layihənin ilkin sorağıdır. Yəni, artıq həmin qanun layihəsini hazırlaya bilərik. Ölkə başçımız hər zaman məcburi köçkünlərə və qaçqınlara diqqət göstərir".

Komitə sədri həmçinin bildirib ki, məcburi köçkünlərlə bağlı Nazirlər Kabinetinin verdiyi qərar bu sahədəki neqativ halları aradan qaldıracaq, eləcə də ünvanlılığı təmin edəcək.



Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU