Modern.az

BANM-də “Bərpaolunan enerji” mövzusunda seminar

BANM-də “Bərpaolunan enerji” mövzusunda seminar

27 Yanvar 2017, 11:10

Bakı Ali Neft Məktəbində (BANM) daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası keçirilib. Seminarda müxtəlif dövlət  orqanlarının, AMEA-nın müxtəlif institutlarının, qeyri-hökumət təşkilatlarının (QHT)təmsilçiləri, bir sıra şirkətlərinnümayəndələri,o cümlədən müstəqil ekspertlərdən ibarət qonaqlar, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Seminarın iclasında “Azalternativenerji” MMC-nin Bərpa Olunan Enerji Resurslarının Monitorinqi Mərkəzinin rəhbərinin müavini Rasim Məmmədovun “Azərbaycanda bərpaolunan enerji resurslarının monitorinqi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ölkə ərazisində bərpaolunan enerji resurslarının monitorinqini həyata keçirmək üçün 21 meteostansiyanın quraşdırıldığını və il ərzində müxtəlif hündürlükdə radiasiyanın, temperaturun, küləyin sürətinin, rütubətin və sair parametrlərin ölçülməsi əsasında bərpaolunan enerji resurlarının qiymətləndirilməsinin nəticələrini açıqlayıb.

 

Məruzənin sonunda Rasim Məmmədov seminar iştirakçılarının suallarını cavablandırıb. Qeyd edək ki, BANM-dəseminarın növbəti iclası fevral ayında keçiriləcək.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU