Putin və Tramp arasında ilk telefon danışığı sabah baş tuta bilər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki və Kremldəki mənbələr məlumat verib.
Xatırladaq ki, ilk dəfə iki dövlət başçısı 2016-cı il noyabrın 14-də telefonla əlaqə saxlamışdılar. O zaman Putin Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etmişdi.
Vüqar İSMAYILOV