Modern.az

Amerika vətəndaşları İraqa gedə bilməyəcək

Amerika vətəndaşları İraqa gedə bilməyəcək

30 Yanvar 2017, 18:59

İraq ABŞ vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağa qoyub.

 

 

Modern.az APA-ya istinadən verdiyi məlumata görə, İraq parlamentində keçirilən səsvermə zamanı millət vəkillərinin müvafiq qanun layihəsini dəstəkləyib.

 

 

Qeyd edək ki, bu, Donald Trampın bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağa qoymasına cavab addım kimi dəyərləndirilir.

 

İraq parlamentinin deputatları BMT və Ərəb Dövlətləri Liqasını Ağ evin yeni administrasiyasının atacağı addımlarla bağlı qəti mövqe sərgiləməyə çağırıb.  

 

 

Xatırladaq ki, Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU