Modern.az

“Azərbaycanda müxtəlif dini konfesiyalar tarixən sülh şəraitində yaşayıb”

“Azərbaycanda müxtəlif dini konfesiyalar tarixən sülh şəraitində yaşayıb”

30 Yanvar 2017, 22:07

Xarici İşlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Modern.az saytı xəbər verir ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən sülh şəraitində  yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib.

O,  multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyərək, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə öz töhfəsini verdiyini və bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Devid Harris Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə, həmçinin, Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU