Modern.az

Türkiyə ordusunun sayı AÇIQLANDI

Türkiyə ordusunun sayı AÇIQLANDI

Aktual

1 Fevral 2017, 18:38

Türkiyə ordusunun Baş Qərargahı ölkənin hərbi qüvvələrində xidmət edənlərlə bağlı yeni məlumat açıqlayıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, bu gün Türkiyənin silahlı qüvvələrində 362 284 nəfər qulluq edir. Onların 201-i general və admiraldır.

 

Türkiyənin quru qoşunları, hərbi-dəniz və hərbi hava qüvvələrində 25 728 ali və kiçik rütbəli zabit, 64 655 gizir, 47 167 serjant və 16 018 sıravi xidmət edir.

Türkiyənin silahlı qüvvələri sayına görə dünyada 9-cu yerdədir.

 

Modern.a

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU