Bakının bəzi ərazilərində içməli suyun verilişinə məhdudiyyətlər olacaq. Bu haqda “Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeydedilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 2-də Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az