Modern.az

ARDNF-də MHŞT ilə bağlı müzakirə

ARDNF-də MHŞT ilə bağlı müzakirə

2 Fevral 2017, 23:30

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib.

Modern.az Fondun irəsmi internet səhifəsinə istinadən xəbər verir ki, tədbirə MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberg də qatılıb. Tədbirdə ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Naveed Hasan Naqvi, ÇQ üzvləri, MSŞA üzrə QHT Koalisiyasının üzvləri, MHŞT üzrə Hökumət Komissiyasının üzvləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Təbii Resursların İdarə olunması İnstitutu və ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin nümayəndələri “dəyirmi masa”da iştirak ediblər.

“Dəyirmi masa” da “MHŞT-nin uzlaşdırılması” (EITI Mainstreaming) konsepsiyasının ictimaiyyətə çatdırılması, ölkədə Təşəbbüsün tətbiqində bütün maraqlı tərəflərin bir yerə toplanması və bu konsepsiyanın tətbiqinin ölkəyə gətirəcəyi faydalar barədə müxtəlif müzakirələr aparılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU