Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, 3 fevral 2017-ci il tarixində dərs balamazdan əvvəl (saat 8:00 radələrində) məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, məktəbdən təcili tibbi yardıma müraciət olunub və E. Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.
Namidə BİNGÖL