Modern.az

Azərbaycanda silahla ehtiyatsız davranan kişi özünü öldürdü

Azərbaycanda silahla ehtiyatsız davranan kişi özünü öldürdü

Aktual

3 Fevral 2017, 12:23

Fevralın 3-də Ağdam rayonunun Xındırıstan kəndində kənd sakini, 44 yaşlı Tofiq İsmayılov kustar üsulla hazırlanmış odlu silahla ehtiyatsız davranıb. Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu zaman açılan atəş nəticəsində baş nahiyəsindən ağır xəsarət alaraq hadisə yerində ölüb.

Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerindən kustar üsulla hazırlanmış tüfəng tapılıb.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU