“Jurnalistlərdən çox yerli yazıçılarla ünsiyyətdə oluram. Onlarla söhbət daha çəkicidi. İsveçin Baltik dənizi sahilində balaca əyalət şəhərində yaşayıram. Bizim əyalət qəzetlərini daha çox yerli xəbərlər maraqlandırır. Onlara mənim yox, uşaqların mədəni, siyasi (gənc sosial-demokratlar arasında, regionun musiqi həyatında fəallıqları ilə seçilirlər) fəaliyyətləri daha maraqlı gəlir”.
Bunu Modern.az saytına açıqlamasında hazırda İsveçdə mühacir həyatı yaşayan tanınmış yazar Vahid Qazi bildirib. O, İsveçdə yerli jurnalistlər, ədəbiyyat və ictimai fəallarla nə kimi fikir mübadiləsi apardığı və birgə əməkdaşlıq barəsindəki suala bu cür cavab verib:
“İlk illər yerli jurnalistlərlə təmasa çox maraq göstərdim. 1973-cü ildə İsveçdə nəşr olunmuş ”Əli və Nino” romanı haqda ”Qadağan olunmuş sevgi romanı” adlı isveçcə məqalə də yazdım, təbii onların redaktəsiylə. Hərdən müxtəlif tədbirlərdə görüşürük. Son dövrlər əsas söhbət mövzumuz miqrasiya məsələləridi. Layihə ideya şəklindədi hələ. Burda bir yer var, qədim vikinqlərin məskəni olub. Bizim Qobustandakı qayaüstü rəsmlərin oxşarını görmüşəm. İdeya olaraq beynimdə bundan yapışıb İsveç və bizim jurnalistlərin qarşılıqlı mədəni səfər proqramını hazırlamaq var. Görək, sağlıq olsun”.
E.Nazimoğlu