Modern.az

Milli Məclis “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsinə HAZIRLAŞIR

Milli Məclis “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsinə HAZIRLAŞIR

Aktual

3 Fevral 2017, 12:55

Milli Məclisin Elm və təhsil komitəsi “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üzərində işləyir.

 

Bu barədə Modern.az saytına komitə sədri İsa Həbibbəyli bildirib.

 

“Bu qanun artıq bir neçə dəfə müzakirə də olunub. Artıq həmin qanun Milli Məclisin plenar iclasının birinci oxunuşundan da keçib. “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi artıq ikinci oxunuş üçün  Milli Məclisin aparatına təqdim olunacaq”.

Deputat deyib ki, hazırda “Peşə təhsili haqqında” qanun layihəsinin üzərində də iş aparılır.

 

“Artıq bununla bağlı işçi qrupu yaradılıb. Müvafiq sənədlər əldə olunub. Eyni zamanda axtarışlar da davam edir. Biz dünya təcrübəsini və Azərbaycan reallığını öyrənmişik. Hazırda “Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb. Yaxın vaxtlarda Elm və təhsil komitəsinin iclasında deputatlar tərəfindən müzakirəsi keçiriləcək. Biz bu qanunu birinci oxunuşa təqdim etdikdən sonra, “Orta həhsil haqqında” və “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün fəaliyyətə başlayacağıq.  Bütün bunlar ardıcıllıq tələb edir”.

 

Deputat “Peşə təhsili haqqında” qanun layihəsinin Azərbaycanda indiyə qədər olmadığını qeyd edib.

 

“Bu, Nazirlər Kabinetinin müvafiq əsasnaməsi ilə tənzimlənib. Biz çalışırırq ki, bu qanun layihəsində ilk növbədə ölkəmizin reallığını əsas götürək. Maraqlı və faydalı nə varsa, öz qanunumuzda bunları əks etdirək.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU