İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, 39 yaşlı Səki Zamanova saxlanılıb. DİN-in məlumatına görə, onun gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Modern.az