Ukraynanın şərqində gərgin situasiya davam edir.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna ordusu bir hissəsinin nəzarətdə saxladığı Avdeevka şəhərində separatçıların nəzarətində olan mövqelərə doğru irəliləyib.
Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motuzyanik son sutka ərzində döyüşlərdə 4 hərbçinin həlak olduğunu bildirib.
Yanvarın 29-dan bəri Avdeevka uğrunda gedən döyüşlərdə azı 10 ukraynalı hərbçi həlak olub.
Vüqar İSMAYILOV