Modern.az

Əhalinin banklardakı əmanətlərinin həcmi AÇIQLANDI

Əhalinin banklardakı əmanətlərinin həcmi AÇIQLANDI

Aktual

3 Fevral 2017, 16:52

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 dekabr 2016-cı il tarixinə cəmi aktivləri 31,439.5 milyon manat, cəmi öhdəlikləri 29,530.7 milyon manat təşkil edib. Sektorun balans kapitalı 1,908.8 milyon manatdır.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, əhalinin əmanətləri 7432.1 milyon manat həcmindədir.

 

Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, söbələrinin sayı 131, ATM-lərin sayı 2461-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.

 

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nin işçi heyəti 2 657 nəfər təşkil edir.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU